"Mən Allah deyiləm ki, deyim, kimsə yaxşıdır, kimsə pisdir. Sadəcə, onda lazımi performansı görmədim"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Nəticədən və oyundan razıyam. çoxlu qol şansı yaratdıq. Bəzi epizodlarda qol vura bilmədik. Bizim oyunçular hər zaman rəqibi təzyiq altında saxlayırdı. Yenə qapımızda penalti gördük. Şadam ki, oyunçularım özlərinə gələrək qələbə topunu vura bildilər. Son 2 turda qapımıza 5 dəfə penalti təyin olunması mənə də maraqlıdır. Deyə bilmərəm ki, bizim komandada nizam-intizam yoxdur. Ataa Caber sürüşmə fəndi etdi, ancaq futbolçuya dəymədi. Hakimlər belə görübsə, deməli, penaltidir.
 
"Sabah"la matçda da çoxlu qol vəziyyətləri yaratmışdıq, amma qələbə qazana bilmədik. Son 2 oyunda bəxtimiz gətirmədi. Həmin vəziyyətlərdən yararlansaydıq, vəziyyət fərqli olardı. Məncə, futbolçular da çempionatın fərqinə varmalıdır. Bəzən kənardan mənə elə gəlir ki, biz alovla oynayırıq. Onunla da çox oynayanda özün yanmağa başlayırsan. Düşünürəm ki, oyunçularımın kifayət qədər özlərini göstərmək imkanları var. Deyərdim ki, hücumlarda bizə kömək edəcək yaxşı sol cinah müdafiəçisi də tapmışıq. Bəzi çatışmayan mövqelərə oyunçuları da növbəti vaxtlarda transfer etmək mümkün ola bilər".
 
Reqekampf icarəyə verilmiş Mirabdulla Abbasov haqqında da danışıb: "Mən Allah deyiləm ki, deyim kimsə yaxşıdır, kimsə pisdir. Mən sadəcə, Mirabdula Abbasovda lazımi performansı görmədim. Onun imkanı olacaq ki, özünü göstərib yenidən bizim komandaya qayıtsın. Şansı var".
 
"Neftçi"nin baş məşqçisi bu matçın start heyətində qapıçı dəyişikliyinin səbəbini də açıqlayıb: "İvan Brkiçin yerinə qapıya Aqil Məmmədovu qoymağımın səbəbi legioner limiti ilə bağlı idi. Bildiyiniz kimi, Azər Əliyevin yerli pasportu yoxdur. Ona görə də onun üzərində seçimi etdim. Düşünürəm ki, düzgün qərar verdim və o bizim üçün qələbə topunu vurdu. Onun meydandan çıxması isə zədə amili ilə bağlı deyil. Sadəcə, qıcolma probleminə görə əvəz olundu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest