Azərbaycan Premyer Liqasının 4-cü turunda keçiriləcək "Qarabağ" – "Şamaxı" qarşılaşmasının biletləri sabah - avqustun 27-də satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək. Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri Iticket.az-dan və "Azersun Arena"nın kassalarından ala bilərsiniz.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
"Azərsun Arena"da keçiriləcək "Qarabağ" – "Şamaxı" matçına saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest