"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın 4-cü turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın 4-cü turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, belaruslu mütəxəssis 0:0 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"çox danışmaq istəmirəm. Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Qol imkanlarından yararlana bilmədik. Ələ düşən fürsətləri dəyərləndirməli idik. ötən matçla müqayisədə 2 dəyişiklik etdik. Xal itirməyimizə don geyindirmək istəmirəm. Bəzi oyunçuları ötən turdan əvvəl görmüşəm. Bir məqam da var ki, ilk 3 turda güclü rəqiblərlə oynadıq. Yeni futbolçular var. Onlar üçün bu ölkə, çempionat yenidir. Uyğunlaşamaları üçün vaxt lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest