"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 4-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri səfər oyununu şərh edib.

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 4-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"çətin qarşılaşma olacağını bilirdik. Rəqib xal qazanmaq və qol vurmaq istəyirdi. Hər iki komandanın imkanları oldu. Yeni yığılan kollektivik. Futbolçularımdan razı qaldım. Hər xal vacibdir. Belə mübarizəli oyunlar bizim üçün təcrübədir. Gənclərimiz var, onlara güvənirik. Sumqayıta rəqib kimi gəlmək başqa hissdir. Haqsız şəkildə göndərildim. Layiq olmadığım kimi getdim. "Sumqayıt" azarkeşlərindən incidim. Alqış düşə bilərdi. Bəlkə də, kimsə onlara dedi ki, sakit durun. Komandanı avrokuboka çıxaran baş məşqçini alqışlamaq olardı".
 
Abbasov tovuzlu azarkeşlərin doğma meydanda komandaya dəstək olduğunu söyləyib: "Orada oynamaq "Sumqayıt" üçün çətin olacaq. çalışacağıq ki, Tovuzda hər kəsə dişimizi göstərək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest