Bu gün Misli Premyer Liqasında IV tur start götürüb. Matc.az xəbər verir ki, turun açılış günündə 2 qarşılaşma baş tutub. Əvvəlcə "Sumqayıt"la "Turan Tovuz" münasibətlərinə aydınlıq gətiriblər. Qərb təsilçisinin baş məşqçisi Ayxan Abbasov keçmiş komandası "Sumqayıt"a qalib gəlməyə çalışıb. "Gənclik şəhəri" təmsilçisi ilə oyunda yetirmələri Abbasova ad günü hədiyyə edə bilərdi. Belə ki, təcrübəli mütəxəssis dünən 41 yaşını qeyd edib. Amma bu görüşdə qapılara qol vurulmayıb.
 
Günün ikinci matçı "Neftçi" ilə "Zirə" arasında olub. Son gümüş və bürünc mükafatçıların dueli "Bakcell Arena"da keçirilib. Tərəflər indiyədək Premyer Liqada 26 dəfə qarşılaşmışdılar. Bu oyunlarda "Zirə"nin aşkar üstünlüyü vardı. Belə ki, "Neftçi" 7 qələbə qazanmışdısa, "qartallar" "ağ-qaralar"ı 12 dəfə üstələmişdi. Daha 7 görüşdə isə qalib müəyyənləşməmişdi. Bununla belə, "Neftçi" son 8 ev oyununda uduzmayıb. üç qolun qeydə alındığı bu oyunda da "Neftçi" qalib gəlib.
 
Qeyd edək ki, turun 2 oyunu - "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" görüşləri sabah keçiriləcək. Tura bazar günü "Qəbələ" - "Sabah" oyunu ilə yekun vurulacaq.
 
Misli Premyer Liqası
IV tur
26 avqust 
 
"Sumqayıt" – "Turan Tovuz" 0:0
Sumqayıt. "Kapital Bank Arena". Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli,  17. Murad Xaçayev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 14. Elvin Bədəlov, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 30. Filipe çabi, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture,37. Alya Ture
Baş məşqçi: Aleksey Baqa

"Turan Tovuz":  1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 19. Runi Eva, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov

 

"Neftçi" – "Zirə" 2:1
Qol: Q.Donyo, 14. A.Əliyev, 78 - H.Keyta, 54-pen.
Bakı. "Bakcell Arena". Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
 
"Neftçi": 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. ömər Buludov, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 4. Solomon Kverkveliya, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest