Misli Premyer Liqasının 3-cü turunun "Sabah" - "Neftçi" oyununda azarkeş rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib ki, bu da, "Sabah"ın Premyer Liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir.

Misli Premyer Liqasının 3-cü turunun "Sabah" – "Neftçi" oyununda azarkeş rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib ki, bu da, "Sabah"ın Premyer Liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir.
 
Əvvəlki rekord 2018/19-cu il mövsümündə baş tutmuş "Sabah" – "Qarabağ" matçında qeydə alınmışdı (4500 tamaşaçı).
 
"Sabah" – "Neftçi" görüşündə Misli Premyer Liqasının cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb. İlk turda baş tutmuş "Turan Tovuz" – "Qəbələ" matçını da eyni sayda azarkeş izləmişdi.
 
"Sabah" – "Neftçi" görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest