Bu gün futbol üzrə Misli Premyer Liqasında III turun daha 2 oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.

Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan "Kəpəz" "Qəbələ"ni məhz rəqibin meydanında qəbul edib. Bu görüşdə "Qəbələ" 3 cavabsız qolla qalib gəlib.

Digər matçda isə 3 xalla 5-ci sırada olan "Zirə" xalsız autsayder "Sumqayıt"ı sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb. Beləcə, "Zirə" xal itiribsə, "Sumqayıt" yeni mövsümdə ilk xalını qazanıb.

Turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub – 1:2. 3-cü turun "Turan Tovuz" – "Qarabağ" matçı isə "köhlən atlar"ın çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.

Misli Premyer Liqası
III tur
21 avqust

"Kəpəz" – "Qəbələ" 0:3
Qol: M.İsayev, 18. R.Maçado, 27. R.Muradov, 57.
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Qəbələ şəhər stadionu.

Kəpəz: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 10. Əli Səmədov, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi.
Baş məşqçi: Yaşar Vahabzadə.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

"Zirə" – "Sumqayıt" 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
"Dalğa Arena".

Zirə: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 30. Filipe çabi, 70. Ouro-Nil Ture, 37. Alya Ture.
Baş məşqçi: Aleksey Baqa.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest