Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniya mətbuatına müsahibə verib. Matc.az saytı xəbər verir ki, yay fasiləsində Almaniyanın 5-ci liqa təmsilçisi “Union Nettetal”la müqavilə imzalayan 30 yaşlı müdafiəçi yığmamızda keçirdiyi günləri yada salıb. Sağ cinah oyunçusu 2014-2015-ci illərdə Azərbaycan yığmasında keçirdiyi 3 matçla bağlı xoş xatirələr danışıb.

- Futbolda çox şey yaşamısınız, Azərbaycan millisi ilə yanaşı, “Fortuna”, “Duysburq” kimi klublarda oynamısınız. Həvəskar komanda olan “Union Nettetal”da nə edirsiniz?
- Valideynlərim Türkiyədən Almaniyaya köçdükdən sonra Nettetalda böyümüşəm və indi də burada yaşayıram. Daha yüksək səviyyəli klublardan təkliflərim olub. Amma illər sonra evə qayıtmaq mənim üçün xoşdur. Baş məşqçi və idman direktoru ilə müsbət söhbətlərim olub. Başqa klublarda 13 il keçirdikdən sonra yenidən gənclik komandama qayıtmağı üstün tutdum.

- Bəs necə oldu ki, Azərbaycan millisinin formasını geyindin?
- 2013-cü ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət aldım. O vaxt “Fortuna”da oynayırdım, Bundesliqa II-yə yeni yüksəlmişdik. “Fortuna”nın U-23 komandasındakı məşqçim Taşkın Aksoy o vaxt Azərbaycanın U-21 yığmasını çalışdıran Bernhard Lippertlə təmas qurmağıma vasitəçilik elədi. Yalnız Türkiyə pasportum var idi. Amma babam Azərbaycandan olduğuna görə, oranın vətəndaşlığını almaq problem olmadı. Ondan əvvəl bir neçə gün Türkiyə millisinə dəvət alacağına xəlvət ümid edirdim. Eyni zamanda beynəlxalq arenada oynamaq həvəsi çox böyük idi. Azərbaycan tərəfi ilə hər şey çox tez baş verdi.

- Azərbaycanı tanıyırdınız və özünüzü necə tanıtdınız?
- Xeyr, heç vaxt orada olmamışdım. Amma Türkiyə və Azərbaycan qardaş xalqlardır. Orada özümü dərhal rahat hiss etdim, xüsusən də, insanlar türkcə anlayıb danışdıqları üçün.

- 2014-cü ildə baş məşqçi Berti Foqtsun rəhbərliyi altında Filippinlə (1:0) yoldaşlıq görüşündə debüt etdiniz...
- Bəli, çox həyəcanlı idim. İctimaiyyət arasında qəbul edildiyindən, Foqtsu fərqli tanıdım. Mənə qarşı çox mehriban rahat idi. Altı ay sonra isə vəzifəsindən istefa verdi və mən də milliyə çağırılmadım.

- AVRO-2016-nın seçmə mərhələsində evdə İtaliyaya 1:3 hesabı ilə məğlub olduğunuz görüşün sonlarında meydanda oldunuz. Həmin matçı necə xatırlayırsınız?
- Bu, diqqət çəkən oyun idi. Nettetaldan olan kiçik oğlan Canluici Buffon, Corcio Kyellini, Leonardo Bonuççi və digər italyan ulduzlarına qarşı idi. Kyellini betona bənzəyirdi, gərək onunla toqquşmayasan. Əks təqdirdə özünə zərər verməmək üçün diqqətli olmalısan. 1:3 hesabı ilə uduzduq və mənə cəmi 16 dəqiqə oynamağa icazə verildi. Amma bu xoş xatirəni məndən heç kim ala bilməz. Təəssüf ki, Andrea Pirlo yox idi, bir gün əvvəl zədələnmişdi. Buna baxmayaraq, onunla selfi çəkdim.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest