"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:5 hesabı ilə uduzduqları səfər oyunundan sonra baş tutmuş mətbuat konfrasında bunları söyləyib:
 
"çətin oyun olacağını gözləyirdik. İlk qoladək pis çıxış etmədik. Birinci qoldan sonra komandada psixoloji gərginlik yarandı. İkinci hissədə müəyyən dəyişikliklər etmək və matçda dönüş yaratmaq niyyətində idik. Müdafiədəki səhvlərə görə məğlub olduq. Müdafiədən çıxış etmək istəyirdik. Əks-hücumlara bel bağlamışdıq. "Neftçi" ilə açıq futbol oynamaq çətindir".
 
Vahapzadə azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır. Bütün şüarları mən də eşidirdim. Qulaqlarım yaxşı eşidir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest