"Sabah" klubu yeni futbolçu ilə anlaşıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, "Sabah" son olaraq "Zirə"də oynamış Davit Volkovla 2 illik müqavilə imzalayıb.
 
Volkov karyerası ərzində "Qaqra", "Dinamo" (Tbilisi), "çixura", "Sioni", "Saburtalo", "Zemun", "Qəbələ" kimi klublarda forma geyinib.
 
Futbolçu "Sabah"da 18 nömrəli formada çıxış edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest