"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağa"a qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağa"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçdan sonra sözlərinə rəqibi təbrik edərək başlayıb:
 
"Rəqibi təbrik edirəm. Həm futbolçular, həm də məşqçilər ötən mövsüm bizi təbrik edirdilər. "Qarabağ" Avropa Konfrsans Liqasında bizi sevindirdi, həm də Premyer Liqada qalib oldu".
 
44 yaşlı mütəxəssis gümüş medalları qarşılarına məqsəd qoyduqlarını və buna nail olduqlarını bildirib: "Bir neçə vacib oyuna itkilərlə çıxmışdıq. Bu da bizə təsir edirdi. Paltardəyişmə otağında futbolçuları təbrik etdim. "Qarabağ" kimi təcrübəsi olan komanda bugünkü səhvləri bağışlaya bilməzdi.
 
Cavan oyunçularımız bu oyun üçün yetişməyiblər. Amma təcrübə yığacaqlar. Hamısını anlayıram. "Neftçi"ni təbrik edirəm, bu il ikinci yer pis nəticə deyil".
 
Abbasov komandadan ayrılıb-ayrılmayacağına dair suala "Bilmirəm" deyə cavab verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest