"Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 26-cı turunda "Qəbələ"yə qarşı oyunda azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
"İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Rəqibi qələbə münasibətilə təbrik edirəm".
 
Abasov matçın gedişində azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib: "Onlar həyatda mövqeyi olmayan insanlardır. Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Bir neçə ay öncə məni göyə atan adamlardır. Məni buraya azarkeşlər gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest