"Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib

"Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konftansında bunları söyləyib:
 
"Oyun barədə danışmaq çox çətindir. Komandanın aqressiyası yox idi. Bunu araşdıraraq nəticə çıxaracağıq. Hücumları cinahlardan qurduq. Amma bir hücumçu tapmadıq ki, son nöqtəni qoysun. Rəhbərliyi, azarkeşləri sevindirə bilmirik. Azarkeşlərdən üzr istəyirik. Növbəti oyundan qələbə gözləyirik".
 
Komandaya 20 gündür baş məşqçi təyin olunduğunu xatırladan Əliyev futbolçuların fiziki durumunun çox aşağı səviyyədə olduğunu vurğulayıb: "Aqressiv futbol çatışmır. Daxili enerjini göstərməlisən, bu gün onu da göstərə bilmədik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest