Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək "Qarabağ" - "Zirə" qarşılaşmasının biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək "Qarabağ" – "Zirə" qarşılaşmasının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
 
Satış məntəqəsi: "Azersun Arena"
 
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest