Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Səbail" doğma meydanda "Sabah"la üz-üzə gəlib. Bu oyunda qonaqlar inamlı qələbə qazanıblar.

ötən tur çempionluğu təmin edən "Qarabağ" isə "Zirə"ni qəbul edib. Görüş qolsuz yekunlaşıb.

Azərbaycan Premyer Liqası
26-cı tur
8 may

"Səbail" – "Sabah" 0:2
Qol: B.Letiç, 15. L.Rangel, 37.
Matçın 2-ci dəqiqəsində A.İsayev penaltidən yararlana bilməyib (kənara).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Bakı. "ASCO Arena", 18:00.

Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 88. Elmir Tağıyev, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Sabah: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustəm Samiqullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriqes, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 21. İldar Ələkbərov, 29. Ceyhun Nuriyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.

"Qarabağ" – "Zirə" 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. "Azersun Arena", 20:15.

Qarabağ: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Zirə: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 91. Coşqun Diniyev, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 10. Ağabala Ramazanov, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest