"Zirə" - "Qəbələ" oyununda "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Qarabağ" – "Sabah" oyununda "Qarabağ"ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. "Qarabağ"ın azarkeşləri "Sabah"ın rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunub. "Qarabağ"ın 6 nömrəli futbolçusu Patrik Andrade qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
"Zirə" - "Qəbələ" oyununda "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
"Sumqayıt" - "Neftçi" oyununda matçın 19-cu dəqiqəsində "Sumqayıt"ın futbolçusu Camaləddin Xocaniyazov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. "Neftçi"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest