"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları söyləyib:
 
- Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər, çox vacib qələbə qazandıq. Bəlkə də üstünlüyümüz onda idi ki, "Zirə"nin yorğunluğundan istifadə etdik. Onlar ağır şəraitdə oynamışdı "Qəbələ"yə qarşı. Rəşad Sadıqov üçün komandanı 4 gün içində istədiyi kimi hazırlamaq çətin olardı. Hər iki komandaya uğurlar arzu edirəm.
 
- "Qarabağ" aşkar favoritdi və ikinci yerlə aradakı xal fərqi 12-di. Qalan turlarda komandanı kökləmək nə dərəcədə asan olacaq?
- Ən narahat olduğum nüanslardan biri budur. Bunu aradan qaldırmaq üçün futbolçularla dəfələrlə danışırıq. Xal itirməkdəın yox, futbolçuların inamından narahat oluram. Hər hansı məğlubiyyət komandaya inamsızlıq verib. Belə olanda da öz oyunumuzdan uzaqlaşırıq. Bu, məni narahat edir. Futbolçularım get-gedə daha da peşəkarlaşırlar. Amma ilboyu komandanı eyni səviyyədə saxlamaq çətindir. Hansısa dövr olur, müəyyən müddət komanda öz oyunundan uzaqlaşır. Bunu normal qarşılayırıq. Bu yöndə işlər aparırıq, danışırıq futbolçularla. Mənim dediyim kimi peşəkarlığı yaxşılaşırsa, öndə olmağımız mane olmalı deyil.
 
- "Qarabağ" ən yaxın izləyicisindən çox öndədir. Bu mənada, futbolçularda rahatlıq olmasından narahat deyilsiz?
- İnanın ki, ilin sonuna kimi bəlkə də məni ən çox narahat edən məqamdır. Bu gün oturub siyahı tuturam, 5 futbolçu qalacaq. 5 legioner qalacaq. Bu, məni naraht edir. Oyundan-oyuna müəyyən səviyyəyə gəlib çıxmışıq. Futbolçuların millilərə getməsi klub olaraq sevindirici, digər tərəfdən zərbədir. İnşallah, zədələr olmaz. Hamını dəvət ediblər. Yerli futbolçu qalmayıb, 5 legionerlə qalmışam. Bir yolunu tapacağıq. Yanvardan bu yana olan keyfiyyəti itirə bilərik.
 
- Rüstəm Əhməzadənin hazırlıq durumu nə yerdədir? Ona nə mane olur?
- Rüstəmdə problemlər oldu. Hazırlığa başlayanda COVİD-ə yoluxdu. Xəstəliyi ən ağır keçirənlərdən biri oldu. Onun idman formasından razı deyiləm. İdman formasından uzaqdır. özünə gəlməyə başladı, zədələndi. Bir həftə məşqdən kənarda qaldı. Bu futbolçu böyük potensiala malikdir. Sadəcə, onun yaxşı məşq proqramına ehtiyacı var. Ukraynada olan olaylar da az təsir göstərmədi. İndi-indi özünə gəlməyə başlayır. çox pis idi əvvəlki günlərdə. Ona görə də onu çox da narahat etmirdik. Bir neçə gündü ki, özünə gəlib.
 
- "Qarabağ" ona ailəsini də bura gətirməyi təklif edib?
- özüm də danışmışam Rüstəmlə. Ailəsinin bir hissəsi rahat yerdə idi, digər hissəsi Kiyevdəydi. çox böyük narahatlıq var idi. Müəyyən müddət sonra qaydasına düşdü. Gətirmək də o vaxtı problem idi. Klub tərəfindən onun yanındaydıq. özü ilə də danışdıq. Stabilləşib, normal vəziyyətə gəlib. Hər bir halda heç kim üçün xoş vəziyyət deyil. Belə olduğu halda futbolçunu nə qədər motivasiya etsək də, fikri oradadır. İnşallah, tezliklə müharibə bitər.
 
- Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov sıraya dönüb. Heyət seçimi genişdir. Problem olmayacaq?
- Təki belə poroblemlərim olsun, futbolçularım sağlam olsun. Məşq prosesi oyundan daha vacibdir. Hər oyunçuya şərait yaratmışıq ki, idman formasını saxlasın. Onların qayıdışına şadıq.
 
- "Neftçi"nin ardıcıl qələbələri çempionatdakı rəqabətin artmasına gətirib çıxarır?
- Bütün komandalar bizə rəqibdir. Bu gün qalib gəlsək də, meydanda mübarizə getdi. Hər bir komandanın azərbaycanlı olaraq, yaxşı oynamasına, yaxşı səviyyəyə gəlməsinə sevinirəm. Hər məşqçinin öz düşüncəsi görünür. Bir azərbaycanlı kimi buna sevinirəm. Amma məqsədim bütün komandalara qarşı eyni səviyyədə çıxmaq, onları ən yaxşı səviyyədə hazırlamaq, özümüzü düşünməkdir, nəinki rəqibləri.
 
- Xarici və yerli mətbuatda danışıqlar apardığınız futbolçuların adı hallanır. İndidən danışıq aparırsınız?
- Mətbuatda bəzən çox xəbərlər yayılır. Bu dəqiqə elə klub yoxdur ki, hər hansı oyunçu ilə maraqlanmasın, gələcək planlarını düşünməsin. Bir qrup məşqçilərimiz var, onların da öz işi var. 2-3 gündən bir məlumatlanırıq. Futbolçular haqda məlumat alırıq. Bütün mövqelərə də yeni futbolçu axtarırıq. Elə mövqelər olur ki, düşünmədiyimiz zədələr baş verir. çox mövqelər var ki, oyunçular təklif edilir.
 
- Tarek Zubirin gəlişi Abdulla Zubirin "Qarabağ"da uzun illər qalacağına mesajdır? Qardaşının bura gəlməsində onun rolu var idi?
- Nə dərəcədə kömək olacaq, bilmirəm. Psixoloji tərəfdən faydası var. Onun rolu varmı, ya yox, deyə bilmərəm. Hər halda təklif edib, "Zaqatala" rəhbərliyi də qəbul edib. Beləcə, razılaşıblar. Futbolçularıma nə qədər yaxın adamları burada olsa, sərfəlidir. Zubirin 2.5 illlik müqaviləsi var. O, bizim mentalitetə, "Qarabağ"ın oyun stilinə uyğun biridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest