"Mançester Siti"nin hücumçusu Erlinq Haland Premyer Liqada 8-ci turun oyununda "Everton"a qarşı (2:0) qol vurmaqla öz uğurunu təkrarlayıb.

Matc.az xəbər verir ki, norveçli hücumçu Premyer Liqanın cari mövsümündə 10 və 11-ci qollarını vurub.

Halanddan başqa heç kim Premyer Liqa mövsümünün ilk səkkiz matçında 10 və ya daha çox qol vura bilməyib. Norveçli isə bu uğura üç dəfə nail olub. Haland daha əvvəl 2022/23 və 2024/25 mövsümlərində Premyer Liqada bu nəticəni göstərib.

Qeyd edək ki, Erlinq Haland 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Ümumilikdə o, Mançester klubunun heyətində bütün yarışlarda 156 oyunda 138 qol vurub və 22 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest