19 Oktyabr 2025, 12:25
FUTBOL
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Premyer Liqasının 5-ci turunda "Əl-Fateh"i 5:1 hesabı ilə məğlub etdiyi oyunda vurduğu qol onun klub səviyyəsindəki 800-cü qolu olub.
Matc.az xəbər verir ki, 40 yaşlı forvard tarixdə bu həddə çatan ilk futbolçudur.
Beşqat "Qızıl top"un sahibi "Real"da 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nəsr"də 99, "Sportinq"də isə 5 qol vurub.
Portuqaliyalı forvard karyerasında ümumilikdə 949 qol vurub.