"Sabah"ın baş məşqisi Murad Musayev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqisi Murad Musayev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çətin oyun oldu. Qol vurmaq sarıdan problemlərimiz var. Buna baxmayaraq, qələbə qazana bildik. Oyuna nəzarət bizdə idi. İkinci hissədən razı qaldım. Rəqibə ciddi yanaşdıq.
 
Yusif İmanovun debüt etməsinə gəlincə, məşqçilər korpusu ilə belə qərara gəldik ki, ona şans verək. İmanov bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun qurtarışı oldu. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest