Sabah Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək. Matc.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turda "Qəbələ" "Neftçi" ilə görüşəcək.
 
"Qırmızı-qaralar" bu qarşılaşmanı səfərdə keçirəcək. Bakıdakı "Bakcell Arena"da baş tutacaq matç iki komanda arasında 59-cu duel olacaq.
 
Komandalar indiyədək 58 dəfə görüşüb. Hesabında 17 qələbə olan "Qəbələ" 16 heç-heçə edib və 25 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran "Qəbələ" futbolçuları 84 qol buraxıb. Son üç qarşılaşmada heç-heçə qeydə alınıb. Bu görüşlərin üçündə də hər iki tərəf qol sevinci yaşayıb.
 
Bu matç Premyer Liqa çərçivəsində 54-cü qarşılaşma olacaq. Əvvəlki 53 qarşılaşmada 16 qələbəsi olan "Qəbələ 13 dəfə bir xalla kifayətlənib və 24 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan "qırmızı-qaralar" 78 top buraxıb. 
 
"Neftçi" ilə səfərdə 30-cu dəfə görüşəcək "Qəbələ" rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 12 dəfə uduzub. Bu komanda səfərdə 36 qol vurub, 39-nu buraxıb.
 
Xatırladaq ki, martın 18-də "Bakcell Arena"da keçiriləcək matç 19:37-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest