"Qəbələ" Topaz Premyer Liqasının II dövrəsinin hazırlıqlarını davam etdirir. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərə Qəbələdə start verən "qırmızı-qaralar" bu gün Bakıya gəlib.

Baş məşqçi Sənan Qurbanovun paytaxtda "Bakı" FK-nın təlim-məşq bazasında hazırlıq keçib. Meydanda baş tutan məşq prosesi toplu çalışmalardan ibarət olub.

Sabah komanda yoxlama oyununda qüvvəsini sınayacaq. "Qəbələ" "Səbail"lə üz-üzə gələcək. Görüş "Bakı" FK-nın təlim-məşq bazasında keçiriləcək. Yoxlama matçının start fiti saat 16:00-da veriləcək.

Xatırladaq ki, milli komandalara çağırılan futbolçular "qırmızı-qaralar"ın hazırlıq prosesində iştirak etmir. Bunlar Azərbaycan millisinin düşərgəsində olan Təmkin Xəlilzadə, ürfan Abbasov, U-21-ə çağırılan Amin Seydiyevlə Bəhlul Mustafazadə, həmçinin Toqo yığmasında olan Lalavele Atakoradır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest