"Biz tərəfdən "Sumqayıt"la oyunun martın 18-də Şamaxıda keçirilməsi ilə bağlı rəsmi bir açıqlama olmayıb. "Sumqayıt"la XX tur oyunu Bakıda olacaq. Şamaxıdakı matçın nə vaxt olacağı ilə bağlı qarşıdakı günlərdə rəsmi açıqlama veriləcək"

"Keşlə"nin Şamaxıdakı ilk oyununun vaxtı yaxın zamanda məlum olacaq. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev Futbolpress.az saytına açıqlamasında bildirib. O, qarşıdakı günlərdə bununla bağlı rəsmi açıqlamanın veriləcəyini söyləyib.
 
"Biz tərəfdən "Sumqayıt"la oyunun martın 18-də Şamaxıda keçirilməsi ilə bağlı rəsmi bir açıqlama olmayıb. "Sumqayıt"la XX tur oyunu Bakıda olacaq. Şamaxıdakı matçın nə vaxt olacağı ilə bağlı qarşıdakı günlərdə rəsmi açıqlama veriləcək.
 
ötən həftə PFL-in nümayəndələri Şamaxı şəhər stadionunda təftişdə olub. Stadionda böyük problemlər yoxdur. Xırda detallar var ki, onlar aradan qaldırılmalıdır. Başqa bir problem yoxdur. "Keşlə"nin Şamaxıdakı ilk oyununun zamanını isə açıqlayacağıq". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest