Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli məlum olub. Matc.az xəbər verir ki, turun bütün görüşləri "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
 
Bu turun "Neftçi" – "Qəbələ" oyunu saat 19:37-də start götürəcək. Bu, Peşəkar Futbol Liqasının "Neftçi"yə yubiley jestidir. Belə ki, martın 18-də bu klubun yaranmasının 85-ci ili tamam olacaq. PFL də məhz 1937-ci ildə yaranmış "Neftçi"yə jest edərək bu komandanın matçının startını 19:37 olaraq təyin edib.
 
Azərbaycan Premyer Liqası
XX tur
18 mart
 
"Keşlə" – "Sumqayıt"
"ASK Arena", 17:00
 
"Neftçi" – "Qəbələ"
"Bakcell Arena", 19:37
 
19 mart
 
"Sabah" – "Səbail"
"Bank Respublika Arena", 16:45
 
"Zirə" – "Qarabağ"
Zirə İdman Kompleksinin stadionu, 19:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest