"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
"Neftçi"nin heyətində kifayət qədər yaxşı futbolçular var. Bunun da nəticəsi kimi yaxşı nəticə qazandılar. Hər kəs öz oyununu göstərdi. Belə komandalara qarşı matçlarda da xal qazanmaq lazımdır. Amma bu, bizə nəsib olmadı. Hazırda yalnız peşəkarlığımızı qorumalıyıq. Hazırda rəqib seçəcək vəziyyətdə deyilik. Bütün matçlara son oyun kimi çıxırıq. İstənilən görüşdə xal qazanmaq istəyirik. Ona görə də emosionallıq olur. Tezliklə komandamın da qələbə qazanacağına inanıram. Bu məqam da gəlib çatacaq. Qələbənin resepti budur. Yalnız bu şəkildə qalib gəlmək olar. İnanıram ki, məni də qələbə münasibətilə təbrik edəcəksiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest