7-9 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Bakı şəhərində cüdo idman növü üzrə dünya çempionatı keçiriləcək.
 
Matc.az xəbər verir ki, dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Paris-2024 27-ci Yay Paralimpiya Oyunlarında iştirak üçün lisezniya xalı qazandıracaqdır.
 
Dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest