26 Avqust 2025, 18:16
FUTBOL
Hücumçu Entoni "Mançester Yunayted"dən ayrılaraq karyerasını İspaniyanın "Betis" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Klublar transferin şərtləri ilə bağlı tam razılığa gəliblər. Futbolçu 2026-cı ilin yayına qədər məcburi satınalma opsiyasıyla "Sevilya"ya icarəyə gedəcək.
Bu qərar, hücumçunun artıq La Liqada "Betis"lə keçirdiyi uğurlu dövrün nəticəsi idi. O, İspaniya klubunda parlaq oyun nümayiş etdirərək, 26 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, vaxtilə İngiltərə klubu futbolçunun transferi üçün "Ayaks"dan rekord məbləğdə - 95 milyon avro ödəmişdi.