26 Avqust 2025, 14:55
FUTBOL
"Mançester Yunayted"dən ayrılan Viktor Lindelöf karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Fiorentina" isveçli mərkəz müdafiəçisi ilə danışıqlar aparır. Florensiya təmsilçisinin azad agent statusunda olan 31 yaşlı futbolçu ilə anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, Viktor Lindelöf ötən mövsüm "Mançester Yunayted"in heyətində 25 oyunda iştirak edib.