27 Avqust 2025, 00:36
FUTBOL
"Midtyulland"ın hücumçusu Adam Buksa "Udineze"yə keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "friuliyalılar"ın mətbuat xidməti paylaşıb.
Bildirilir ki, İtaliya klubu 29 yaşlı polşalı futbolçu üçün 5 milyon avro ödəyib. Onunla 2029-cu ilin 30 iyununa qədər müqavilə imzalayıb.
Qeyd edək ki, buksa əvvəllər "Lens", "Antalyaspor", "Nyu-Enqland Revolution", "Poqan" və "Zaqlebie"də çıxış edib. O, klub səviyyəsində 283 rəsmi oyun keçirib, 98 qol vurub və 24 məhsuldar ötürmə edib. Buksa Polşa millisində isə 23 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.