"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos "Marsel"ə keçmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı ispaniyalı futbolçu hələ də qiymətlə bağlı fikir ayrılıqlarına baxmayaraq, klubların razılığa gələcəyinə ümid edir. Transferin tamamilə "Real"dan asılı olduğu qeyd edilir.

Daha əvvəl Madrid klubunun baş məşqçisi Xabi Alonsonun Sebalyosu buraxmağa hazır olduğu, lakin o, klubun ilk olaraq yarımmüdafiəçinin əvəz edəcək yeni futbolçu ilə müqavilə imzalamasını istədiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, 2024/25 mövsümündə Sebalyos 45 oyun keçirib və iki məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 10 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest