"Real"dan ayrılan Lukas Vaskes karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspaniyalı sağ cinah müdafiəçisi "Bayer"lə anlaşıb. 34 yaşlı futbolçu yaxın günlərdə Leverkuzen təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Lukas Vaskes ötən mövsüm "Real"ın heyətində keçirdiyi 53 oyunda 2 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest