27 Avqust 2025, 00:13
FUTBOL
"Atalanta"nın müdafiəçisi Marko Palestra "Kalyari"yə keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubunun rəsmi saytı paylaşıb.
Bildirilir ki, 20 yaşlı italiyalı 2026-cı il iyunun 30-na kimi satın alma hüququ olmadan icarəyə verilib.
Palestra "Atalanta"nın yetirməsdir. O, klubun əsas heyətində 16 oyun keçirsə də, qol vura bilməyib. Futbolçunun dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.