Dörd qolun qeydə alındığı "Sauthempton" - "Lester Siti" matçında qalib müəyyənləşməyib. "Vest Hem" - "Brayton" və "Vulverhempton" - "Bernli" görüşləri də heç-heçə bitib.
				 
 
	Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.
	Lider "çelsi" səfərdə "Uotford"un, "Mançester Siti" "Aston Villa"nın, "Liverpul" isə "Everton"un qonağı olub. İlk üçlükdə qərarlaşan komandaların hamısı səfərdən qələbə ilə dönüb.
	Dörd qolun qeydə alındığı "Sauthempton" – "Lester Siti" matçında qalib müəyyənləşməyib. "Vest Hem" – "Brayton" və "Vulverhempton" – "Bernli" görüşləri də heç-heçə bitib.
	"Tottenhem" bu turda "Brentford"u qəbul edəcək. Turun mərkəzi oyununda isə "Mançester Yunayted" "Arsenal"la münasibətlərinə aydınlıq gətirəcək.
	İngiltərə Premyer Liqası
	14-cü tur
	30 noyabr
	Nyukasl – Norviç Siti 1:1
	Qol: Uilson, 61-pen – Pukki, 79.
	Lids – Kristal Pelas 1:0
	Qol: Rapinya, 90+3-pen.
	1 dekabr
	Sauthempton – Lester Siti 2:2
	Qol: Bednarek, 3. Adams, 34 – Evans, 22. Meddison, 49.
	Uotford – çelsi 1:2
	Qol: Dennis, 43 – Maunt, 29. Ziyeş, 72.
	Vest Hem – Brayton 1:1
	Qol: Souçek, 5 – Maupay, 89.
	Vulverhempton – Bernli 0:0
	Aston Villa – Mançester Siti 1:2
	Qol: Uotkins, 47 – R.Dias, 27. B.Silva, 43.
	Everton – Liverpul 1:4
	Qol: Qrey, 38 – C.Henderson, 9. Salah, 19; 64. Jota, 79.
	2 dekabr
	23:30. Tottenhem – Brentford
	00:15. Mançester Yunayted – Arsenal
				
         	
                                             
               
            
 





_1762260863.jpg)




