İtaliyanın "Milan" klubu heyətinə yeni futbolçu qatıb. Matç.az xəbər verir ki, A seriyası təmsilçisi 18 yaşlı fransalı Lerua Abanda Mfomo ilə müqavilə imzalayıb.
Sol cinah müdafiəçisi "Monako"dan transfer olunub. Onun UEFA Gənclər Liqasındakı çıxışını bəyənən italiyalılar istedadlı futbolçunu heyətinə qatmağa qərar verib.