Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, mundialın son 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
 
Bu gün püşkatma mərasimi keçirilib və Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.
 
55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)
 
60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)
 
63 kq
1/8 final: Taleh Məmmədov - Mehmet çeker (Türkiyə)
 
67 kq
1/16 final: Həsrət Cəfərov - Peyton Omaniya (ABŞ)
 
72 kq
1/16 final: ülvü Qənizadə - İdris İbayev (Almaniya)
 
77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)
 
82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)
 
87 kq
1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)
 
97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)
 
130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (çexiya)
 
Qeyd edək ki, sabah 55, 72, 77 və 82 kq-da çıxış edən güləşçilər xalçaya çıxacaq. Oktyabrın 8-də 60, 97 və 130, növbəti gün isə 63, 67 və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.
 
Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest