Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. “Mançester Yunayted” doğma meydanda “Aston Villa”nı qəbul edib və minimal hesabla məğlub olub.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. “Çelsi” burada son çempion “Mançester Siti”nin müqavimətini qırmağa çalışıb. Lakin bu oyunda da qonaqlar minimal hesabla qalib gəliblər.
 
“Liverpul” bu turda “Brentford” səfərinə yollanıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Londonun “Arsenal” komandası isə doğma meydanda “Tottenhem”lə üz-üzə gələcək.
 
İngiltərə Premyer Liqası
6-cı tur
25 sentyabr
 
Mançester Yunayted – Aston Villa 0:1
Qol: Hoz, 88.
 
Çelsi – Mançester Siti 0:1
Qol: Q.Jezus, 53.
 
Lester Siti – Bernli 2:2
Qol: Vardi, 37; 85 – Vardi, 12-öz qapısına. Korne, 40.
 
Lids – Vest Hem 1:2
Qol: Rafinya, 19 – Firpo, 67-öz qapısına. M.Antonio, 90.
 
Uotford – Nyukasl 1:1
Qol: Sarr, 72 – Lonqstaff, 23.
 
Everton – Norviç Siti 2:0
Qol: Taunsend, 29. Dukure, 77.
 
Brentford – Liverpul 3:3
Qol: Pinnok, 27. Janelt, 63. Vissa, 82 – Jota, 31. Salah, 54. Cons, 67.
 
26 sentyabr
 
17:00 Sauthempton – Vulverhempton
19:30 Arsenal – Tottenhem
 
27 sentyabr
 
23:00 Kristal Pelas – Brayton
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest