Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Qarabağ” səfərdə “Keşlə” ilə üz-üzə gəlib. Hesabı qonaqların açdığı bu oyun heç-heçə bitib. Nəticədə bu tura qədərki bütün oyunlarından məğlub ayrılmış “Keşlə” ilk xalını “Qarabağ”la oyunda qazanıb.

Günün digər matçı “Səbail” ilə “Zirə” arasında baş tutub. Üç qolun qeydə alındığı bu görüşdə isə qonaqlar qələbəni bayram edən tərəf olublar.

Azərbaycan Premyer Liqası
5-ci tur
25 sentyabr

“Keşlə” – “Qarabağ” 1:1
Qol: A.Neto, 71 – A.Zubir, 20.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov.
Bakı. “ASK Arena”.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 21. Miyusko Boyoviç, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov, 33. Fərid Nadirov.
Baş məşqçi: Sənan Qurbanov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 25. İbrahima Vadji, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

“Səbail” – “Zirə” 1:2
Qol: Y.Qoxa, 45 – D.Volkov, 16; 40.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Bakı. “ASCO Arena”.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Məhəmməd Hamdaui, 88. Georgi Stoilov, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 26. Nemanya Andelkoviç, 9. Loris Broqno, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest