73 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Heydərov (73 kq) yarışa sabah İsrail təmsilçisi Yehonatan Elbaz ilə duellə başlayacaq. Məmmədəli Mehdiyev isə ertəsi gün Sebastian Oldak (Polşa)/Vitali Şepel (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə Tokio Olimpiadasından sonra cüdo üzrə ilk yarış keçiriləcək. Matc.az xəbər verir ki, 3 gün davam edəcək Qran Pri turnirdə 35 ölkədən 243 idmançı mübarizə aparacaq. Azərbaycan yarışa cəmi iki idmançı  - Hidayət Heydərov və Məmmədəli Mehdiyevlə qatılıb.  
73 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Heydərov (73 kq) yarışa sabah İsrail təmsilçisi  Yehonatan Elbaz ilə duellə başlayacaq. Məmmədəli Mehdiyev isə ertəsi gün Sebastian Oldak (Polşa)/Vitali Şepel (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest