Avrokubokların qrup mərhələsində I turun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, qitənin 100 ən yaxşısı arasında “Qarabağ” komandası da yer alıb.

Siyahıya “Bavariya” (Almaniya) başçılıq edir (118.00). İngiltərə nəhənglərindən “Mançester Siti” ikinci ( 113.00), “Liverpul” isə üçüncü sıradadı (107.00).

Ağdam təmsilçisi 1 pillə geriləsə də (18,500 xal), 71-ci yerdəki mövqeyini qoruyub.

“Qarabağ” “Şerif” (Moldova), “Volfsburq” (Almaniya), ÇFR (Rumıniya), “Gent” (Belçika) və “Molde”dən (Norveç) 0,500 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest