Azərbaycan çempionu "Qarabağ" qış fasiləsində ilk oyununu keçirib. Matç.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Antalya toplanışı çərçivəsində "Uypeşt"lə görüşüb.

Macarıstan klubu ilə qarşılaşma "Gloria Sports Arena"da baş tutub. Azərbaycan çempionu Bakı vaxtıyla saat 18:00-da start götürən oyunda "Neftçi"nin qisasını almağa çalışsa da, buna nail ola bilməyib. Cari mövsüm Avropa Liqasında bakılıları məhz "Uypeşt" darmadağınla (4:0) mübarizədən kənarlaşdırmışdı.

Bu qarşılaşmanın taleyini isə bir qol həll edib. 

Qeyd edək ki, "Qarabağ" ilk oyununu yanvarın 12-də keçirməli idi. Lakin əlverişsiz hava şəraiti üzündən Rumıniya təmsilçisi "Botoşani" ilə matç təxirə salınıb.

Yoxlama oyunu

16 yanvar

"Qarabağ" (Azərbaycan) – "Uypeşt" (Macarıstan) - 0:1

"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir. 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye

"Gloria Sports Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest