"Onlara hörmətlə yanaşırıq, amma çəkinmirik. Meydana çıxıb, əlimizdən gələni edəcəyik. Hiss edirik ki, mərhələni keçə bilərik"

İsrailin "Aşdod" komandasının müdafiəçisi Gil Kohen Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"Oyuna maksimum dərəcədə yaxşı hazırlaşırıq. Hər şeyin öz əlimizdə olduğunu göstərmək üçün bütün lazımi işləri görmüşük.
 
"Qarabağ" yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq, amma çəkinmirik. Meydana çıxıb, əlimizdən gələni edəcəyik. Hiss edirik ki, mərhələni keçə bilərik. Lakin bunun üçün oyunumuzu inkişaf etdirməli və bütün diqqətimizi bir yerə cəmləşdirməliyik".
 
Qeyd edək ki, iyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Komandalar arasında Bakıda baş tutan ilk oyunda hesab açılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest