Bolqarıstalı futbolçu Plamen Kraçunov özünə yeni komanda axtarır. Matç.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, 29 yaşlı mərkəz müdafiəçisinin ölkəmizdə oynamaq şansı yaranıb.

Polşa təmsilçisi "Sandeçya" ilə yollarını ayıran və hazırda azad agent statusu daşıyan Kraçunov adı açıqlanmayan Azərbaycan klubundan təklif alsa da, tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər. Hazırda həmçinin "Ermis" (Kipr) və "Rabotniçki"nin (Makedoniya) onunla maraqlandığı bildirilir. Lakin müdafiəçi karyerasını ölkəsində davam etdirmək niyyətindədi.

Qeyd edək ki, Plamen Kraçunov ölkəsində "Lokomotiv" (Plovdiv) və MOİK (Sofiya) kimi klubların formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest