Cavadov 2006-cı ildə AÇ-2008-in seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (0:1) meydana çıxıb. Keçmiş yarımmüdafiəçinin Avropa çempionatında debütü 17 yaş 100 günlüyündə olub.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa çempionatlarında debüt edən ən gənc futbolçuların adlarını açıqlayıb.
 
Matc.az xəbər verir ki, 11 nəfərlik siyahının 9-cu pilləsində Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov yer alıb.
 
Cavadov 2006-cı ildə Aç-2008-in seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (0:1) meydana çıxıb. Keçmiş yarımmüdafiəçinin Avropa çempionatında debütü 17 yaş 100 günlüyündə olub.
 
Siyahının ilk pilləsində Norveç yığmasının üzvü Martin Odeqard yer alıb. 2014-cü ildə Aç-2016-nın seçmə mərhələsinin "Bolqarıstan"la matçında (2:1) meydana çıxan Odeqard həmin vaxt 15 yaş 300 günlük idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest