Fransa Kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilməli olan "Qrenobl" – "Strasburq" matçı təxirə salınıb. Matç.az saytının məlumatına görə, buna səbəb hava şəraiti olub.

Belə ki, oyundan öncəki son isinmə hərəkətləri zamanı Fransa Futbol Federasiyası rəsmiləri meydançanın don olduğunu və temperaturun həddən aşağı olduğunu əsas gətirərək qarşılaşmanı təxirə salıb.

Qeyd edək ki, görüşün nə vaxt keçiriləcəyi ilə bağlı əlavə məlumat verilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest