“İnter” 26 ildir sponsoru olan “Pirelli” şirkəti ilə işbirliyinə son qoymağa qərar verib.
 
Matc.az xəbər verir ki, sözügedən şirkətin loqosu növbəti mövsümdən Milan təmsilçisinin formalarında yer almayacaq.
 
Bunu “Prielli”nin CEO-su Marko Tronchetti Provera İtaliya mətbuatına açıqlamasında söyləyib. O, titul sponsorluğuna son qoyulduğunu bildirsə də, klubla münasibətlərinin davam edəcəyini də bəyan edib. Bu isə o deməkdir ki, “İnter” 2021/22 mövsümündən etibarən fərqli titul sponsporu ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, “Pirelli” öz məhsulları ilə bütün dünyada məşhur olan avtomobil təkərlərinin istehsalı ilə məşğuldur. Sözügedən şirkət 1995/96 mövsümündən etibarən “İnter”in titul sponsoru idi.
 
İtaliya mətbuatının yazdığına görə, geridə qalan 26 il ərzində “Pirelli” “İnter”ə bütövlükdə 234 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest