Futbol üzrə Braziliya yığmasının və İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Bekkerin atası Joze Bekker dünyasını dəyişib.
Matc.az xəbər verir ki, o, Braziliyadakı evinin yaxınlığında yerləşən göldə boğulub.
Hadisə Rio-Qrandi-do-Sul şəhərindəki Lavras do Sul qəsəbəsində qeydə alınıb. 57 yaşlı Bekker göldə üzərkən boğulub. Əvvəlcə itkin düşdüyü elan olunan Jozenin cəsədi gecə tapılıb.
Qeyd edək ki, 2018-ci ildən "Liverpul"da çıxış edən Alisson Beker Braziliya yığmasında da forma geyinir.