Fransanın PSJ klubunun futbolçusu Neymar sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, braziliyalı hücumçunun zədəsini tam sağaltdığı bildirilib.
 
PSJ-nin baş məşqçisi Maurisio Poçettino klubun saytına açıqlamasında Neymarın Marsel “Olimpik”i ilə keçiriləcək Super Kubok matçında iştirak edə biləcəyini bildirib.
 
Bu gün keçiriləcək PSJ – “Olimpik” (Marsel) matçına saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest