Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Sepahan”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Təbrizin digər təmsilçisi “Maşinsazi” klubu da bu turda “İstiqlal”la səfər oyununda oxşar hesabla uduzub.
 
Üç turdan sonra 2 xalı olan “Traktor” 16 kollektiv arasında 13-cü, 1 xala malik “Maşinsazi” isə 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest