İspaniyanın "Real" klubu UEFA çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacağı İtaliya "İnter"i ilə səfər matçına ciddi itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, komandanın əsas hücumçusu Kərim Benzema və kapitan Serxio Ramos zədəli olduqları üçün İtaliya "İnter"i ilə matçın heyətinə daxil edilməyib.
 
Digər müdafiəçi Eder Militaoda, eləcə də hücumçu Luka Yoviçdə koronavirus aşkarlanıb. Həmçinin, yarımmüdafiəçi Federiko Valverde və müdafiəçi Alvaro Odriosola da Milana aparılmayıb.
 
Qeyd edək ki, "İnter" - "Real" matçı noyabrın 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest