"Siz tərəfə baxmasa da, diqqətinizi cəmləşdirirsiniz, çünki görə bilmədiklərinizi görə bilər. Bütün sahəni izləməyə çalışmalısınız"

"Topdan uzaq olsa da, həmişə şüuraltı olaraq Messi haqqında düşünürsən. Komandan oyun qurur, hücum etməyə çalışır, amma siz həmişə beyninizdə Messini fikirləşirsiniz. çünki, top ona çatsa, hər şey ola bilər". Matc.az xəbər verir ki, bunu "Liverpul"un müdafiəçisi Trent Alexander-Arnold deyib.

Onun fikrincə, Messi hər şeyi hamıdan daha sürətli görür: "Siz tərəfə baxmasa da, diqqətinizi cəmləşdirirsiniz, çünki görə bilmədiklərinizi görə bilər. Bütün sahəni izləməyə çalışmalısınız. Messi müdafiəçilərin hərəkətlərini oxuya və onlardan keçə bilər, sanki rəqibin heç bir müdafiəsi yoxdur. Görünən budur ki, o, sanki manekenlərə qarşı oynayır. Ona görə də mənim üçün dünyanın ən yaxşı futbolçusudur".

Qeyd edək ki, Lionel Messi "Barselona"nın heyətində La Liqanın bu mövsümündə 7 oyunda matçda 3 qol vurub. 33 yaşındakı argentinalının katalonlarla müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest